Türkiyə İraqı bombaladı

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın Zap bölgəsində təşkil etdiyi aviaəməliyyatlar nəticəsində 6 terrorçu məhv edilib.

Bu barədə Türkiyə Baş Qərargahının məlumatında deyilib.

Əməliyyat zamanı terrorçulara aid silah-sursat anbarları, sığınacaqlar da yararsız hala salınıb.