Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası London teatrında [video]

0
Amerikalı xoreoqraf Mark Morrisin səhnələşdirdiyi opera teatrında "Leyli və Məcnun"dan parçaları Alim Qasımov və Fərqanə Qasımova ifa edib.

Londonun məşhur Sadler’s Wells teatrında Alim Qasımov və Fərqanə Qasımovanın ifasında Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası səhnəyə qoyulub.

Tamaşa məşhur amerikalı xoreoqraf Mark Morris-in rəqs qrupu ilə “İpək Yolu” ansamblının əməkdaşlığı nəticəsində səhnələşdirirlib.

BBC News Azərbaycanca müxbiri Vüsal Həmzəyevin teatrdan hazırladığı reportaja burdan baxa bilərsiz.