Yerevan KTMT baş katibi vəzifəsini özündə saxlayacaq?

Vakant olan KTMT-nin baş katibi vəzifəsinə Ermənistan keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürmək niyyətindədir.

Amma digər KTMT üzvləri bu vəzifəyə Belarus nümayəndəsi Stanislav Zası təsdiq etmək niyyətindədirlər.

Bu məsələ noyabrın 8-də Astanada KTMT-nin sammitində həll olunmalıdır.

“Azadlıq” radiosunun məlumatına görə, rəsmi Yerevan vəzifədən yeni xaric edilmiş Yuri Xaçaturovun yerinə bu vəzifəni özündə saxlamağa çalışır.

Xatırladaq ki, noyabrın 2-də Xaçaturov Ermənistanda barəsində cinayət işi açıldıqdan sonra bu vəzifədən kənarlaşdırılıb.