Əflatun Amaşov: “Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından irəli gəlir”

0
Əflatun Amaşov

“Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”.

Bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov teleradio yayımçılarının verilişlərinin monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir:

“Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir”.

Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var. Burada daha çox qrammatik pozuntular qeydə alınır.

“Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”.

Millət vəkili bildirib ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb. Ona görə Azərbaycan dilini qorumaq lazımdır.

Deputat Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb:

“Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirən, burada nöqsanlar kifayət qədərdir”.