Azərbaycan Pakistandan JF-17 Blok II təyyarələrini alacaq

0

Azərbaycan və Pakistan arasında JF-17 hərbi təyyarələrin alışına dair aparılan danışıqlar yekun mərhələsindədir.

Bu barədə İDEAS-2018 sərgisində “AzeriDefence” jurnalına “Pakistan Aeronautical Complex” (PAC) təşkilatının nümayəndəsi məlumat verib.

Mənbə bildirib ki, təyyarənin Azərbaycana ixracı ilə bağlı məsələ həllini tapıb. Təyyarənin Azərbaycanın istədiyi JF-17 Blok II konfiqurasiyası da artıq sınaqlarını başa çatdırıb.

Blok II versiyası artıq bir müddətdir Pakistan HHQ tərəfindən stifadə olunur və uçuşlar zamanı özünü doğruldub. Təyyarədə avionika və radioelektron müdafiə sistemləri var. Onlar həm Çin, həm də İtaliya istehsalı olan AESA radarı ilə təchiz edilib.

Azərbaycana ümumi dəyəri 500 mln. dollar olan 24 belə təyyarənin göndəriləcəyi nəzərdə tutulur.