“Bavariya”dan transferlərə 200 milyon avro

0

“Bavariya” qış və yay transferləri üçün 200 milyon avro büdcə ayırıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Münhen klubu bu məbləğə 5 oyunçu almağı düşünür. “Bavariya”nın transfer siyahısında Benjamin Pavard (“Ştutqart”), Nabil Fekir (“Lion”), Nikolya Pepe (“Lill”), Frenkie de Yonq və Matteys de Liqt (hər ikisi “Ayaks”) yer alıb.

Qeyd edək ki, “Bavariya”nın Frank Riberi və Aryen Robbenlə mövsümün sonu yolları ayıracağı iddia olunur.