Bazar günü hava yağışlı olacaq

Dekabrın 9-da Bakı və Abşeronda yağış yağacağı gözlənilir, havanın temperaturu gündüz +9 +11 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında da yağıntılar gözlənilir, bəzi yerlərdə intensiv olacaq. Güclü şərq küləyi əsəcək. Hava aran rayonlarında +12 dərəcəyə qədər isinəcək.

Dağlarda qar yağacaq, gecə -3 dərəcə, gündüz +6 dərəcəyə qədər isti olacaq.