Çin şirkəti ABŞ-dan neft idxalını bərpa etməyi nəzərdə tutur

0

Çinin “Unipec” şirkəti ABŞ-dan neft idxalını bərpa etməyi nəzərdə tutur. Bu barədə “Reuters” məlumat yayıb. 

Xəbərdə deyilir ki, mənbələrin verdiyi məlumata görə, müvafiq qərar G20 zirvə görüşü zamanı ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasındakı görüşdən sonra verilib.

Məlumata görə, “Unipec” şirkəti Çinlə ABŞ arasında ticarət danışıqları üçün ayrılan üç aylıq müddət ərzində neft idxal etməyi düşünür.

“ABŞ-dan neft almaq istəyən çinli müştərilər həmin müddətdə neft idxal etməyə tələsəcəklər”, – deyə mənbə bildirib.