David Luiz “Çelsi”də qalır

“Çelsi”nin müdafiəçisi David Luiz “Çelsi”də qalmaq istəyir.

Britaniya mətbuatının yaydığı xəbərə görə, braziliyalı futbolçu London klubu ilə müqavilə yeniləməyə hazırlaşır. Çindən gələn təklifi geri çevirən 31 yaşlı oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Luizin “Çelsi” ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.