Mərkəzi Bankın valyuta ehtiyatları üzrə son vəziyyəti

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatı və pul bazası üzrə hesabatlar yayıb.

Rəsmi məlumata görə, dekabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 590,9 milyon dollar, pul bazasının həcmi 8 milyard 985,2 milyon manat olub.

Ötən ay valyuta ehtiyatında artım, pul bazasında azalma qeydə alınıb. Noyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 536,4 milyon dollar, pul bazasının həcmi 9 milyard 153,3 milyon manat idi.

Aylar üzrə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi aşağıdakı kimi olub.

Yanvar – 5 milyard 334,6 milyon dollar

Fevral – 5 milyard 381,2 milyon dollar

Mart – 5 milyard 387,3 milyon dollar

Aprel – 5 milyard 508 milyon dollar

May – 5 milyard 465,8 milyon dollar

İyun – 5 milyard 471,4 milyon dollar

İyul – 5 milyard 512,7 milyon dollar

Avqust – 5 milyard 546,9 milyon dollar

Sentyabr – 5 milyard 503,5 milyon dollar

Oktyabr – 5 milyard 534,5 milyon dollar.