“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted”in hücumçusu Aleksis Sançes üçün 2018-ci il erkən başa çatıb.

Qol.az  xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında “Sautempton”la matç öncəsi keçirilən mətbuat konfransında bildirib. Portuqaliyalı mütəxəssisin sözlərinə görə, 29 yaşlı futbolçu məşq zamanı dizindən zədələndiyi üçün bu ilin sonuna qədər yaşıl meydanlardan uzaqda qalacaq.

Qeyd edək ki, çilili oyunçu “qırmızı şeytanlar”a bu mövsümün əvvəlində “Arsenal”dan transfer olunub.