Messi Xavinin rekordunu yenilədi

“Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Argentinalı hücumçunun rekordu La Liqanın son turunda “Levante”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Bu qarşılaşmada het-trik edən 31 yaşlı futbolçu “Barselona” ilə La Liqada 323-cü qələbəsini qazanıb. Bununla da o, sabiq komanda yoldaşı Xavinin rekordunu (322 qələbə) yeniləyib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. Messi isə 2004-cü ilin oktyabrında “Barsa”da debüt edib.