Pashinian-ın bloku və müttəfiqləri parlament seçkilərinin qalibi oldu

Foto: REUTERS/Vahram Baghdasaryan/Photolure

Ermənistanda baş nazirin vəzifəsini icra edən Nikol Pashinian-ın alyansı parlament seçkisində böyük səs fərqiylə qalib gəlib.

Bu barədə Azadlıq Radiosu xəbər yayıb. Alyansa səslərin 70 faizindən çoxunu yığaraq, Pashinian-ın sözlərilə desək, ölkəyə “inqilabi çoxluğu” qazandırıb.

Artıq 2010 seçki məntəqəsindəki bülletenlərin hamısı sayılıb. Mərkəzi Seçki Komissiyası Pashinian-ın “Mənim Addımım” alyansının səslərin 70,4 faizini qazandığını bildirir.

Varlı biznesmen Gagik Tsarukian-ın Firavan Ermənistan Partiyası səslərin 8,3 faizini qazanıb.

Liberal, qərbyönümlü Parlaq Ermənistan partiyası 6,4 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Pashinian-ın müttəfiqi Edmon Marukian başçılıq edir.

Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan səviyyədən azdır. Dashnaktsutyun 3,9 faiz səs toplayıb.

Pashinian dekabrın 10-da deyib ki, seçkilər “təmiz və şəffaf” keçib. O, jurnalistlərə açıqlamasında söyləyib ki, “ölkəmizin vətəndaşları inqilabi çoxluğa səs verirlər və bunu sakit mühitdə edirlər”.

MSK seçkidə səsvermə hüququ olanların yalnız 48, 6 faizinin iştirak etdiyini bildirib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır.

Pashinian isə gün ərzində Facebook-da canlı müraciətlərində bu göstəricinin azlığını belə izah edib ki, “2017-ci ildə və HHK hakimiyyətdə olduğu müddətdə keçirilən digər seçkilərdə adamları avtobuslara doldurub səsvermə məntəqələrinə aparırdılar və hamınızın yaxşı bildiyi mexanizmlər üzrə səsverməyə məcbur edirdilər”.

Hazırda belə mexanizmlərdən istifadə olunmur və oluna da bilməz”, – Pashinian deyib.

Pashinian hakimiyyətə bu ilin mayında, küçə etirazları nəticəsində gəlib. 10 il ölkəyə prezidentlik etmiş Serzh Sarkisian isə baş nazir postunda cəmi bir həftə qala bilib, aprelin 23-də istefa verib.