“Roma” və “Napoli”dən çətin qələbə

İtaliya A Seriyasında 16-cı turun daha 6 oyunu keçirilib.

Çempionluğa iddialılardan “Napoli” səfərdə “Kalyari”ni, “Roma” isə evdə “Cenoa”nı çətinliklə məğlub edib. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb.

İtaliya A Seriyası, 16-cı tur

16 dekabr

SPAL – “Kyevo” – 0:0

“Fiorentina” – “Empoli” – 3:1
Qollar:
 Rade Kruniç, 24 (0:1), Kevin Miralyas, 40 (1:1), Covanni Simeone, 59 (2:1), Brayan Dabo, 78 (3:1)

“Frazinone” – “Sassuolo” – 0:2
Qollar:
 Lorenzo Arioudo, 44-avtoqol (0:1), Domeniko Berardi, 58 (0:2)

“Sampdoriya” – “Parma” – 2:0
Qollar:
 Canluka Kaprari, 66 (1:0), Fabio Kualiyarella, 69 (2:0)

“Kalyari” – “Napoli” – 0:1
Qol:
 Arkadiuş Milik, 90+1

“Roma” – “Cenoa” – 3:2
Qollar:
 Kristof Piantek, 17 (0:1), Federiko Fazio, 31 (1:1), Oskar Hilyemark, 33, (1:2), Castin Klyuvert, 45 (2:2), Brayan Kristante, 59 (3:2)

Qeyd edək ki, turnir cədvəlinə 46 xalla “Yuventus” başçılıq edir. “Napoli” 38 xalla 2-ci, “İnter” 32 xalla 3-cüdür. 26 xalı olan “Milan” isə 4-cü sırada yer alır.