Soyuq hava şəraiti və yağıntılar davam edəcək

Çərşənbə axşamı Bakıda və Abşeronda soyuq, yağıntılı hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +6 dərəcəyə qədər enəcək, şimal küləyi əsəcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb.

Ölkənin dağətəyi rayonlarında yağış, dağlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, aran rayonlarında havanın temperaturu gündüz +8 dərəcəyə qədər isti, dağlarda -2 dərəcə, gecə -6 dərəcəyə qədər şaxta təşkil edəcək.