Tereza Mey parlamentdə “Brexit” üzrə səsverməni ləğv edib

Tereza Mey

Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə “Brexit” sazişi üzrə həlledici səsverməni ləğv edib. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Mey “dağıdıcı məğlubiyyət” riskləri ilə bağlı xəbərdar olunduqdan sonra səsverməni ləğv edib.

Baş nazir elə həmin gün bundan əvvəl kabinetin aparıcı üzvləri ilə görüşüb və çox güman ki, bu qənatə gəlib ki, razılaşmanı parlamentdən keçirmək üçün lazımi dəstək ala bilməyəcək.

Əgər kabinet səsvermədə uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtındanəvvəl seçki və ya hətta “Brekzit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardn biri ola bilər.

Bir neçə gün əvvəl isə Avropa Məhkəməsi birtərəfli qaydada “Brexit”dən imtinan hüququnu rəsmi Londona tanıyıb.

Böyük Britaniyanın “Brexit” üzrə keçmiş naziri Devid Devis bildirmişdi ki, parlament Meyin təklif etdiyi sazişin əleyhinə çıxa bilər.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

MƏNBƏAbzas.net
Əvvəlki məqaləHakimiyyət “Qarabağ” mitinqinə icazə verməkdən imtina edib
Növbəti məqalədəMacron etirazçılarla görüşdən sonra maaşların artırılacağını vəd edib