Türkiyədə siqaretin reklamı tamamilə qadağan edilir

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib. Bu haqda Türkiyənin Rəsmi qəzeti məlumat yayıb. 

Məlumatda deyilir ki, yeni qanuna əsasən Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir.

Həmçinin, tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur.

Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.

Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.