“ABŞ Trampın daha bir prezidentlik müddətinə dözməyə bilər”

“Demokratik sistemimiz Donald Trampın dah bir 4 illik prezidentlik müddətinə dözməyə bilər”.

Bunu ABŞ-ın sabiq dövlət katibi Con Kerri Demokratlar Partiyasının ehtiyacları üçün pul ayrılmasını tələb etdiyi məktubunda deyib.

Onun sözlərinə görə, bu daxili xaosu dayandırmaq üçün yeganə yol bu il ölkədə seçkiləri qazanmaq və 2020-ci ildə Ağ evə demokratı seçməkdir.

C.Kerri D.Trampın diplomatiyaya tamamilə laqeyd yanaşdığını, ABŞ-ı dünya arenasında gözdən saldığını və demokratiyanın əsaslarını pozduğunu bildirib.

Qeyd edək ki, ötən ilin sonunda C.Kerri 2020-ci ildə keçiriləcək ABŞ prezidenti seçkilərində iştirak edəcəyini istisna etməyib.