Arif Alışanov AzTV sədrliyindən çıxarıldı

Prezident İlham Əliyev Arif Alışanovun vəzifədən azad edilməsi haqqında sərəncamı imzalayıb.

Bu barədə prezidentin saytında məlumat yayılıb.

Sərəncama əsasən, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

AzTV sədri vəzifəsinə təyinatla bağlı sərəncam isə yoxdur.

Qeyri-rəsmi məlumata görə, AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.

Əvvəlki məqalə“Səid Dadaşbəylinin dəstəsi” işi üzrə iki məhkum azadlığa çıxıb
Növbəti məqalədəQədir necə inqilabçı oldu? – Seymur Baycan