Azərbaycan demokratiya reytinqində bir pillə aşağı düşüb

Britaniyanın “İqtisadçı” jurnalı redaksiyanın hər il tərtib etdiyi demokratiya səviyyəsinə görə ölkələrin illik reytinqini (“Demokratiya indeksi 2018” dərc edib. Azərbaycan 2018-ci ildə yenə avtoritar dövlətlər qrupuna aid edilib, həm də bir pillə aşağı -148-ci yerdən 149-cu yerə yerləşib.

İndeks beş kateqoriya üzrə müəyyən edilib: seçki prosesi və plüralizm; vətəndaş azadlıqları; hökumətin fəaliyyəti; siyasi iştirak; siyasi mədəniyyət. Ölkələr dörd növə bölünüb: tam demokratiya; zədəli demokratiya; hibrid demokratiya və avtoritar rejim.

Demokratik ölkələrin ilk onluğuna Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarka, Kanada və İrlandiya, Finlandiya, Avstriya və İsveçrə daxil olub.

167 ölkədən ibarət siyahını Çad, Konqo, MAR, Suriya, Şimali Koreya bağlayır.

Hibrid demokratiyalı dövlətlər siyahısına Ukrayna, Albaniya, Moldova, Ermənistan, Bosnya və Herseqovina, Qırğızıstan, Makedoniya, Monteneqro və Gürcüstan aid edilib.

Rusiya doqquz mövqe aşağı düşüb və 144-cü yerə yerləşib. O, “avtoritar rejimin” hökm sürdüyü ölkələrə aid edilib. Azərbaycan (149) və İan (150) da eyni qrupdadır.

Azərbaycanda rəsmi qurumlar ölkənin demokratiya reytinqindəki yerini şərh etməyiblər.

Bir il əvvəlki – 31 yanvar 2018-ci il tarixli məlumatlar Turan-da dərc edilmişdi. Bir il əvvəl Azərbaycan “avtoritar ölkə” kateqoriyasında 148-ci yerə yerləşdirilmişdi.

Mənbə: http://www.eiu.com/topic/democracy-index