“Barselona”da ciddi itki

“Barselona”nın futbolçusu Usman Dembele zədələnib.

İspaniya mətbuatının xəbərinə görə, o, La Liqanın 20-ci turunda “Leqanes”lə matçda zədə alıb. 21 yaşlı yarımmüdafiəçinin  10-14 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilb.

Qeyd edək ki, “Barselona” – “Leqanes” görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.