“Barselona”dan 90 milyonluq transfer

“Barselona” növbəti transferinə yaxındır.

İspaniya mətbuatının yaydığı xəbərə görə, Kataloniya klubu “Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonqla hərtərəfli razılığa gəlib.

Bu transfer üçün “Bars”nın Hollandiya klubuna  90 milyon avro ödəyəcəyi bildirilir. Yaxın günlərdə De Yonqun keçidinin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 21 yaşlı futbolçu ilə “Bavariya” və “Mançester Siti” də maraqlanırdı.