Çili də Maduronu tanımadı

Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq. Bunu ölkənin xarici işlər naziri Roberto Ampuero deyib: “Bu gün Venesuelada demokratiya üçün qara gündür. Bu gün Maduro Venesuela demokratiyası üzərində bir məzar daşı ucaldıb”.

Ampuero “Lima qrupu”nun Venesuela ilə bağlı qəbul etdiyi bəyanata bir daha sadiq olduğunu bildirib: “Çili hazırda olduğu kimi, Venesuela ilə münasibətləri aşağı səviyyədə saxlayacaq”.

Daha əvvəl Peru Venesueladakı müvəqqəti işlər vəkilini geri çağırıb, həmçinin Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini bəyan edib.