“Fənərbaxça”dan növbəti transfer

“Fənərbaxça” heyətinə daha bir futbolçu qatıb.

“NTVSpor”un yaydığı xəbərə görə, İstanbul klubu İtaliya təmsilçisi “Empoli”dən Mixa Zaytsın keçidini həll edib. Artıq Türkiyədə olan sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Fənərbaxça” bu keçid üçün “Empoli”yə 3 milyon avro və hazırda bu komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.