İranda Güney Azərbaycanlı siyasi fəal məhkəməyə çağrılıb

Əsgər Əkbərzadə

Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.

Məlumata görə, çağırış vərəqəsində fəaldan yanvarın 23-ü yerli vaxtla saat 10 radələrində Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.

Fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilib, lakin hansı qrupdan söz getdiyi açıqlanmayıb.