Konqresmen: “Mehman Hüseynovu təcili və qeyd-şərtsiz azad etməyə çağırıram”

ABŞ Konqresinin üzvü Kris Smit həbsdə olan bloqqer Mehman Hüseynovla bağlı açıqlama yayıb.

Bu barədə məlumat Konqresin saytında dərc olunub. 

K.Smit prezident İlham Əliyevə Mehman Hüseynovu azad etmğk üçün çağıtış edib. 

“Mən prezident Əliyevi Mehman Hüseynovu təcili və qeyd-şərtsiz azad etməyə təkidlə çağırıram. Mehman Əliyev rejiminin korrupsiyasını ifşa etdiyinə görə 2 ildir ki həbsdədir.”

Konqresmen deyib ki, hökumət iki həftə öncə onun həbs müddətini uzatmaq üçün ona qarşı yeni əsassız ittihamlar irəli sürərək bu ədalətsizliyi daha da dərinləşdirdi. 

“Prezident Əliyev  rejimin azad sözə qarşı qəddar kampaniyasının növbəti utancverici epizodunu bitirmək üçün indi hərəkət etməlidir”.