Mehmandan yeni xəbər: ‘Mitinqə və dəstəyə görə hər kəsə təşəkkür edirəm’

Həbsdə olan bloqer Mehman Hüseynovdan yeni xəbər var.

Bu barədə blogerin vəkili Şəhla Hümbətova məlumat yayıb. O bildirib ki, Mehman Hüseynov aclığı həminki qaydada davam etdirir.

Vəklinin sözlərinə görə, bloger bu gün keçirilən mitinqdən xəbəri var.

Mehman Hüseynov onu dəstəkləyənlərə, onun azadlığı uğrunda fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib.

“Mehman məndən xahiş etdi ki, bütün onu dəstəkləyən insanlara – həbsdə və azadlıqda aclıq edənlərə, mitinqə gələnlərə,  aksiyalarda həbs olunanlara, ümumiyyətlə müxtəlif şəkildə dəstək ifadə edən hər bir kəsə təşşəkkürünü çatdırım”

Şəhla Hümbətova bildirib ki, bloger çox minnətdardır və hətta dəstəyin miqyasından, formalarından duyğulanıb.

Mehman Hüseynov 3 mart 2017-ci ildə polis böhtan atdığı iddia edilərək həbs edilib. Həbsdən çıxmağına 2 ay qalmış, 2018-ci dekabrın 26-da ona qarşı yeni ittiham elan edilib.

Bloger buna etiraz edərək həmin gündən aclıq aksiyasına başlayıb. İlk günlər quru aclıq, 4 gündən sonra isə sağlamlığı ilə bağlı yalnız su, süd və süd məhsulları qəbul edərək aclıq aksiyasını davam etdirir.