Müsavat başqanı Türkiyədə əməliyyat olunub

Arif Hacılı

Müsavat Partiyasinin başqanı Arif Hacılı ürək-damar sistemindəki problemlərlə bağlı Türkiyədə həkimlərə müraciət edib və orada əməliyyat olunub.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli açıqlama verib.

M.Hacıbəyli bildirib ki, Arif Hacılı Ankara yaxınlığında tanınmış klinikalardan birində əməliyyat olunub, ürək damarlarına stendlər qoyulub. O, artıq xəstəxanadan çıxıb, əməliyyatdan sonra müayinədən keçib.

“Analizlərin nəticələri müsbətdir, problem yoxdur”, – M.Hacıbəyli belə bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, partiya başqanı bir neçə gün dincəldikdən sonra, gələn həftə Azərbaycana dönəcək.