Qətər əmirə Bəşər Əsədə qarşı çıxdı

Qətərin xarici işlər naziri Məhəmməd bin-Əbdürrəhman əl-Sani

“Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını qəbul etmirik”. Bunu Qətərin xarici işlər naziri Məhəmməd bin-Əbdürrəhman əl-Sani bildirib.

“Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını qəbul etmirik. Suriya rejimi ilə normallaşmanı təşviq edəcək heç bir işarə yoxdur. İndiki mərhələdə Suriyadakı rejimlə münasibətlərin normallaşması hərbi cinayətlərə bulaşmış adamla əlaqə qurmaq deməkdir”, – əl-Sani bildirib.

Qeyd edək ki, Suriya 2011-ci ildə Ərəb Dövləti Liqasının üzvlüyündən çıxarılıb.

Ötən həftə Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn 2011-ci ildə Suriyada bağladıqları səfirliklərinin açdıqlarını bildirmişdi. Səudiyyə Ərəbistanı da Bəşşar Əsədlə danışıqlara başlayacağını planlaşdırdığını bildirib.