“Qalatasaray”dan qələbə

Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.

İkinci oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Bursaspor” və “Kayserispor” komandaları üz-üzə gəliblər. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Günün ikinci oyununda isə “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub. Görüşün taleyini 1 qoll həll edib. Sinan Gümüşün 79-cu dəqiqədə vurduğu qol İstanbul klubuna qələbə qazandırıb.

Qeyd edək ki, “Qalatasaray” bu nəticədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider “Başakşəhər”ə yaxınlaşıb. “Sarı-qırmızılılar”dan 1 oyun az keçirən Abdullah Avcının komandasının hazırda 38 xalı var. Üçüncü pillədə isə 32 xalla “Yeni Malatyaspor” qərarlaşıb.

Türkiyə Superliqası, 19-cu tur

19-cu tur

26 yanvar

“Kayserispor” – “Bursaspor” – 1:1
Qollar:
 Y. Ərdoğan, 30 (0:1), K. Sapunaru, 48 (1:1)

“Göztəpə” – “Qalatasaray” – 0:1
Qol:
 Sinan Gümüş, 72

27 yanvar

“Rizəspor” – “Akhisar”

“Konyaspor” – “Antalyaspor”

“Sivasspor” – “Trabzonspor”

28 yanvar

“Fənərbaxça” – “Yeni Malatyaspor”

“Başakşəhər” – “Kasımpaşa”

“Ankaragücü” – “Alanyaspor”

25 yanvar

“Beşiktaş” – “Ərzurumspor” – 1:1