Siyasi məhbuslar aclıq aksiyasını dayandırıblar

İllustrasiya: nidavh.org

Bloger Mehman Hüseynova dəstək olaraq aclıq edən bir qrup siyasi məhbus yanvarın 23-də etiraz aksiyanı dayandırıb.

Abzas xəbər verir ki, bu barədə aksiya iştirakçılarının yaxınları məlumat  yayıblar.

Aclıq aksiyası keçirənlər İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Əhsən Nuruzadə və Orxan Baxışlı idi.

Fəallar ictimaiyyətin onlara müraciəti, həmçinin Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilməsi ilə əlaqədar aclığı dayandırdıqlarını bildiriblər.

Siyasi məhbuslar yanvarın 13-də aclıq aksiyasına başladıqlarını elan etmişdilər.