Tereza Mey bütün partiyaları “Brexit”lə bağlı birləşməyə çağırıb

Tereza Mey

Britaniyanın baş naziri Tereza Mey etimadsızlıq üzrə səsvermədən sonra Krallığın siyasi qüvvələrini birləşmə çağırıb.

Baş nazir deyib ki, partiyalar “Brexit”lə əlaqədar hərəkət variantlarını müzakirə etməlidirlər.

Bu barədə “Reuters” məlumat yayıb.

Daha əvvəl Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq səsverməsindən qalib çıxıb.

Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış “Brexit” sazişini dəstəkləməyib.

Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.