Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasının başladığını bildirib

 Amerika Birləşmiş Ştatları İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır. Bunu Donald Tramp öz “Twitter” hesabında yazıb: “[Hərbi kontingentin] Suriyadan çoxdan edilməli olan çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk”, – deyə o bildirib.

Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.