Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədliyini verdi

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.

Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.

Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.