Vəkil Mehman Hüseynovla görüşə buraxılmır

Bakı 1 saylı istintaq təcridxanasında olan bloger Mehman Hüseynovun yanına vəkil buraxılmır. Bu barədə blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.

Vəkilin iştirakını prosedur tələb edir. Belə ki, müstəntiq vəkilin iştirakı ilə cinayət işinə xitam verildiyini elan etməlidir.

Amma İstintaq Təcridxanasının administrasiyası görüşə gələn vəkilə bildirib ki, Mehman Hüseynov “yeni statusdadır” və vəkil yeni müqavilə və Penitensiar Xidmətdən icazə təqdim etməlidir.

Blogerin qardaşı baş verənləri özbaşınalıq və Mehmana qarşı təzyiqin davam etməsi kimi dəyərləndirib.

Xatırladaq ki, iki gün əvvəl prokurorluq blogerin polisə böhtan atmaq barədə saxta ittiham üzrə cəzasını çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində dekabrın 26-da guya nəzarətçiyə hücum etməsi ilə bağlı ona qarşı başlanmış cinayət işinə xitam verildiyini elan edib.