Xarici diplomatlar Mehman Hüseynovla görüşüb

Diplomatların Mehman Hüseynovla görüşündən

Avropa İttifaqının Bakıdakı missiyasının xahişilə Kürdəxanı təcridxanasında Mehman Hüseynova başçəkmə təşkil edilib.

Almaniya, Fransa, Hollandiya, Çex, Böyük Britaniya səfirliklərinin nümayəndələri və Avropa İttifaqının missiyası yanvarın 11-də bu görüşdə iştirak ediblər.

Turan-ın məlumatına görə, görüşdə məqsəd Mehman Hüseynovun sağlıq durumu ilə tanışlıq olub.

Avropa İttifaqı nümayəndə heyəti vəziyyəti diqqətlə izləyir”, – Qərb diplomatlarının Mehman Hüseynovla görüşünün məzmunu barədə Turan agentliyinin sorğusuna Avropa İttifaqı missiyasının cavabında deyilir.