Ən çox radiasiya yayan telefonların siyahısı açıqlanıb [infoqrafika]

Smartfonlar arasında ən çox radiasiya yayan telefonlarla bağlı araşdırma aparılıb. 

Məlumata görə, əksər ağıllı telefonlarda şüalanma normadan artıqdır. Bu barədə Almaniyanın “Federal Radiasiyadan Qoruma Agentliyi” araşdırma aparıb.

“Statista” portalında dərc olunan yazıda deyilir ki, siyahıya kiloqram başına 1,75 vat olan 2017-ci il istehsalı Xiaomi Mi A1 smartfonu başçılıq edir.

OnePlus 5T telefonu (kiloqram başına 1,68 vat) ikinci yeri tutarkən, Xiaomi Mi Max 3 (kiloqram başın 1,58 vat) üçüncü sırada yer alıb. OnePlus 6T və HTC U12 Life ilk beşliyə düşən telefonlardan oldu.

Araşdırmada deyilir ki, tövsiyyə olunan radiasiya səviyyəsi hər kiloqram başına 0.60 vatdan aşağı olmalıdır və günümüzdə satışda olan smartfonların çoxu bu göstəriciyə uyğun gəlmir.

Almaniya Federal Radiasiyadan Qoruma Agentliyinin (Bundesamt für Strahlenschutz) açıqladığı infoqrafika.