Avropanın ən çox qazanan futbolçuları açıqlanıb [siyahı]

Fransanın “L’Equipe” nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən çox maaş alan 10 futbolçunun siyahısını açıqlayıb.

Xəbərdə deyilir ki, siyahıya “Barselona”nın futbolçusu Lionel Messi başçılıq edir. Onun aylıq gəliri 8,3 milyon avrodur.

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo 4,7 milyon avro ilə ikincidir. Ayda 3,3 milyon qazanan “Atletiko”nun forvardı Antuan Qrizman isə 3-cüdür.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi (“Barselona”, İspaniya) – 8,3 milyon avro

2. Kriştiano Ronaldo (“Yuventus”, İtaliya) – 4,7

3. Antuan Qrizmann (“Atletiko”, İspaniya) – 3,3

4. Neymar (PSJ, Fransa) – 3,06

5. Luis Suarez (“Barselona”, İspaniya) – 2,9

6. Qaret Beyl (“Real Madrid”, İspaniya) – 2,5

7. Filippe Koutinyo (“Barselona”, İspaniya) – 2,3

8. Aleksis Sançes (“Mançester Yunayted”, İngiltərə) – 2,28

9. Kilian Mbappe – (PSJ, Fransa) – 1,73

10. Mesut Özil (“Arsenal”, İngiltərə) – 1,6

Göstərilən məbləğlər futbolçuların vergilər çıxılmadan qazancıdır.