Azərbaycan idxalda Gürcüstandan asılı vəziyyətə düşür

Gürcüstan rəsmilərinin sözlərinə görə Azərbaycanın Gürcüstandan aldığı kənd-təsərrüfı mallarının miqdarı bir ildə 120% artıb.

Gürcüstanın Ətraf Mühit Və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bu günlərdə 2018-ci ilin ixrac statistikasını yayıb.

Məlumatda deyilir ki, keçən il Gürcüstan kənd-təsərrüfatı məhsullarının ixracında rekord qırıb.

Belə ki, 2018-ci ildə ölkə 959,2 milyon dollarlıq kənd-təsərrüfatı məhsulu ixrac edib. Bu 2017-ci ildəkindən 23,2 % çoxdur.

Həmçinin, nazirliyin yaydığı məlumatda bildirilir ki, keçən il Gürcüstan kənd-təsərrüfatı mallarını ən çox alan ölkə Azərbaycan olub, hətta bu Azərbaycanın Gürcüstan mallarına tələbatı 2018-ci ildə, 2017-ci ildəkindən 120% artıb.

Müvafiq olaraq eyni artım Qazaxıstanda -78%, Ukraynada – 25%, Avropa Birliyi ölkələrində 6% olub.

Gürcüstanın 2018-ci ildə ən çox ixrac etdiyi kənd-təsərrüfatı mallarının ilk beşliyi də açıqlanıb. Siyahı belədir:

  1. Alkoqolsuz qazlı sular – 54%;
  2. Mal və qoyun əti – 53%;
  3. Mineral və sıxılmış su – 15%;
  4. Şərab – 15%;
  5. Spirtli içkilər – 2%.