“Barselona” İspaniya liqasında xal itirib

İspaniya La Liqasında 23-cü turun növbəti 4 oyunu keçirilib. Lider “Barselona” bu tur xal itkisi ilə üzləşib.

Səfərdə “Atletik”in qonağı olan kataloniyalılar rəqibin müqavimətini qıra bilməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu heç-heçədən sonra xallarının sayını 51-ə yüksəldən “Barsa” ilk pillədəki yerini qoruyub.

İkinci sırada “Real” qərarlaşıb. “Kral klubu”nu liderdən cəmi 6 xal ayırır. “Atletiko” isə 44 xalla 3-cü pillədə yer alır.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

İspaniya La Liqası, 23-cü tur

10 fevral

“Leqanes” – “Betis” – 3:0
Qollar:
 Y. En-Nesiri, 22 (1:0), 36 (2:0), 66 (3:0)

“Valensiya” – “Real Sosyedad” – 0:0

“Sevilya” – “Eybar” – 2:2
Qollar:
 F. Orelyana, 22 (0:1), Çarles, 63 (0:2), V. Ben Yedder, 88 (1:2), P. Sarabia, 90 (2:2)

“Atletik” – “Barselona” – 0:0