BMT-nin önündə siyasi məhbuslarla bağlı aksiya keçirilib

Aksiyaçıların tələbləri arasında Azərbaycan hakimiyyətinin istefası da var.

Fevralın 21-də Avropada yaşayan bir qrup mühacir Almaniyanın Nürinberq şəhərində yerləşən BMT-nin ofisinin qarşısına toplaşıblar.

Bu barədə Meydan TV-yə məlumat verən aksiya iştirakçılarının sözlərinə görə, onlar siyasi fəaliyyətlərinə görə həbs olunanların azad edilməsini, Azərbaycan hakimiyyətinin istefasını tələb edirlər.

Aksiyada 50-yə yaxın müxalif partiyaların üzvləri, müstəqil şəxslər və jurnalistlər iştirak edir.

Fevralın 20-də vətəndaş cəmiyyətinin siyasi məhbusların siyahısının hazırlanması üzrə İşçi Qrupu yeni hesabatı açıqlayıb. Sənədə 127 məhbusun adı daxil edilib.

Əvvəlki məqaləDaha bir cəbhəçi gənc həbs edilib
Növbəti məqalədəAKP parlament başqanlığına Mustafa Şentopun namizədliyini irəli sürüb