“Çelsi” Batşuayini yenə icarəyə verdi

“Çelsi” hücumçu Mişi Batşuayini icarəyə verib.

Klubun saytının yaydığı xəbərə görə, Belçika millisinin üzvü mövsümün sonuna qədər “Kristal Pelas”da çıxış edəcək.

Mövsümün ilk yarısını icarə əsasında “Valensiya”da keçirən 25 yaşlı forvardın London klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.