Çində yoluxucu xəstəliklərdən 1901 insan həlak olub

Çin Xalq Respublikasının Milli Sağlamlıq Komissiyası tərəfindən nəşr olunan hesabatında ötən ay ölkədə 1 milyon 143 min 574 nəfərdə yoluxucu xəstəliyin aşkarlandığı deyilir. 

“2019-cu ilin yanvarı: milli səviyyədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət və epidemiya” adlanan sənəddə deyilir ki, yoluxucu xəstəliklər 1901 nəfərin həyatına son qoyub.

Məlumata görə, bununla yanaşı, ötən ay AİDS-dən 423 nəfər, vərəmdən 208, hepatitdən 68, quduzluqdan 33, qripdən 143 nəfərin dünyasını dəyişdiyi qeyd edilir.

Amma hesabatda yoluxucu xəstəliklərin ən çox hansı bölgələrdə və şəhərlər aşkar edildiyi barədə məlumat verilməyib.

Əvvəlki məqalə8 mart günü Bakıda qadın hüquqları ilə bağlı yürüş planlaşdırılır
Növbəti məqalədə“Atletiko” və “Mançester Siti” qələbə qazandı