Ermənistanın bir sıra saytlarına Rusiyada blok qoyulub

 Ermənistanın bir sıra saytları Rusiyada bloklanıb.

Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.

“Rusiyada Ermənistanın bir sıra saytlarının bloklanması texniki xarakter daşıyır”, – Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.

Onun sözlərinə görə, məsələ Rusiyanın Ermənistandakı səfirliyinin daimi diqqətindədir və səfirlik Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik ünsiyyətdədir.