“Fənərbaxça” yeni müqavilə bağladı

“Fənərbaxça” futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin ötən gün “Beşiktaş”la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.

Qeyd edək ki, 2017-ci ilin yayından “Fənərbaxça”nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.