“Mançester Yunayted”in yeni rekordu

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə “Kristal Pelas”ı məğlub etməklə yeni rekorda imza atıb.

Xəbərə görə, “qırmızı şeytanlar” klub tarixində ilk dəfə bütün turnirlər daxil olmaqla, keçirdiyi ardıcıl 8 səfər oyununda qələbə qazanıb. Bu qələbələrin hamısı ötən ilin dekabrından komandanı çalışdıran  Ole-Qunnar Sulşerin rəhbərliyi altında qazanılıb.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 28 turdan sonra 55 xalla 5-ci sırada qərarlaşıb.