Mingəçevir sakini dövlətə xəyanətə görə həbs edilib [foto]

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini Anar Ələkbərovu saxlayıb.

DTX-nın məlumatında deyilir k, 2016-cı ilin martında A.Ələkbərov xaricdə olarkən bu ölkənin xüsusi xidməti tərəfindən pul müqabilində gizli əməkdaşlığa cəlb edilib.

Ona xaricdə ticarət əlaqələri olan Azərbaycan vətəndaşları haqda məlumat toplamaq və işgüzar münasubətlər adı altında onlar ilə xüsusi xidmət arasında əlaqə yaratmaq tapşırılıb.

Həmçinin ona Azərbaycanın xüsusi xidmət əməkdaşları, Azərbaycandakı bəzi xarici səfirliklərin nümayəndələri və hərbi hisssələr haqda məlumat toplamaq tapşırılıb.

Araşdırma zamanı məlum olub ki, A.Ələkbərov topladığı informasiyanı müdafiə olunduğunu düşündüyü mobil İnternet əlavəsi vasitəsilə xarici xüsusi xidmətə göndərib.

Həmçinin iş üzrə digər çoxsaylı sübutlar toplanıb. A.Ələkbərov öz əməlini etiraf edib. O, Azərbaycan CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Məlumatda onun hansı dövlətə işlədiyi açıqlanmır.

Anar Ələkbərov