Naftalanın icra başçısı vəfat edib

Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov fevralın 25-də gecə saatlarından vəfat edib.

Bu barədə Naftalan Şəhər İcra Hakimiyyəti açıqlama yayıb. Məlumata görə, Rövşən İbrahimov Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

Bəzi iddialara görə, icra başçısı dəm qazından boğulub. Yeni Yasamal 1, bina 2-də yaşayan Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

Ötən il mayın 18-də Naftalan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Ailəlidir, 2 övladı var.