Pakistanın Baş naziri Hindistan rəhbərliyinə müraciət edib

Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər”.

Bunu Pakistanın Baş naziri İmran Xan Hindistan rəhbərliyinə müraciətində bildirib.

O qeyd edib ki, ölkəsi mülki şəxslərə zərər vermək istəmir: “Əməkdaşlığa hazırıq. Ancaq indi oturub, bu məsələni necə həll edəcəyimizi birlkdə danışmağımız lazımdır. Sağlam düşüncənin qazanması vacibdir”.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri fevralın 27-də ölkənin hava məkanını pozan Hindistana məxsus iki qırıcı təyyarəni vurub. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Kəşmirdə Hindistan təyyarələrinin vurulmasının məqsədi özünümüdafiəyə istək və döyüşə hazırlığın nümayişi olub.