“Qalatasaray” qələbə qazandı

Türkiyə Superliqasında 23-cü turun daha 4 oyunu keçirilib.

Məlumata görə, lider “Başakşəhər” öz meydanında “Bursaspor”u 3:0 hesabı ilə məğlub edib. Abdullah Avcının komandasının ən yaxın izləyicisi “Qalatasaray” da turu qalibiyyətlə başa vurub. Ancaq “Başakşəhər”dən fərqli, “sarı-qırmızılılar” doğma azarkeşləri qarşısında “Akhisar”a çətinliklə qalib gəlib. Kostas Mitroqlu oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasının qələbə topunu vurub.

Tura bu gün keçiriləcək “Beşiktaş” – “Fənərbaxça” derbisi ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda “Başakşəhər” 51 xalla liderdir. Əsas rəqibindən 6 xal az toplayan “Qalatasaray” isə 2-ci pillədə qərarlaşıb. 3-cü sıradakı “Beşiktaş”ın 39, 4-cü pillədəki “Trabzonspor”un isə 36 xalı var.

Türkiyə Superliqası, 23-cü tur

24 fevral

“Ankaragücü” – “Ərzurumspor” – 2:1
Qollar:
 D. Boyd, 25 (1:0), K. Opset, 47 (1:1), D. Orcil, 90 (2:1)

“Konyaspor” – “Kayserispor” – 0:1
Qol:
 D. Turuç, 59

“Qalatasaray” – “Akhisar” – 1:0
Qol:
 K. Mitroqlu, 90+4

“Başakşəhər” – “Buraspor” – 3:0
Qollar
: M. Mossoro, 17 (1:0), E. Visca, 40 (2:0), Demba Ba, 90